DTX bəyanat yayıb: Gürcüstanda yaşamaq üçün icazə almaq məqsədilə saxta sənədlər hazırlayan…
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Əkskəşfiyyat Departamentində davam edən cinayət işlərinin istintaqı çərçivəsində, Türkiyə və Gürcüstan ikili vətəndaşlığı olan bir, həmçinin Gürcüstan vətəndaşı olan üç nəfər saxta sənədlərin hazırlanması faktı ilə bağlı saxlanılıblar.
Bu barədə məlumatı DTX yayıb.
Qurumun açıqlamasına görə, təqsirləndirilən şəxslər Türkiyənin 16 vətəndaşı üçün Gürcüstanda yaşayış icazəsi almaq məqsədilə, Ədliyyə Nazirliyinin Dövlət Xidmətləri İnkişafı Agentliyinə təqdim edilməli olan saxta sənədlər hazırlayıblar.
“İstintaqla müəyyən edilib ki, müxtəlif formalarda konkret şirkətlərlə əlaqəli şəxslər – mühasib, tərcüməçi və digər vəzifələrdə çalışanlar – şirkət direktorlarının şəxsi məlumatlarından istifadə edərək və rəhbərlikdən gizli şəkildə, onların adından Türkiyə vətəndaşları üçün saxta əmək müqavilələri tərtib edirdilər. Həmin şəxslər bu şirkətlərdə müxtəlif vəzifələrdə çalışırmış kimi göstərilirdi.
Hər dörd şəxsə Cinayət Məcəlləsinin 362-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb ki, bu maddə üç ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DTX-nin məlumatında bildirilir.
Bizi WhatsApp – da izləyin.