Marneulidə yol qəzası sakinlər arasında qarşıdurmaya səbəb olub

Marneuli şəhərinin Rustaveli küçəsində baş verən yol-nəqliyyat hadisəsi sakinlər arasında qarşıdurmaya səbəb olub.

Belə ki, qəza səbəbilə sürücülərdən biri digər, yaşlı sürücünün üstünə gedərək fiziki zor tətbiq etməyə cəhd edib. Hadisəni görən yaxınlıqdakı sahibkar yaşlı sürücüyə kömək etmək üçün müdaxilə edib. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb və qəzəbli sürücü sahibkarın anasına da zərbə endirib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizi WhatsApp – da izləyin.