Qızılhacılı kəndində eyni mağaza 10-cu dəfə qarət olunub
Marneuli bələdiyyəsində Qızılhacılı kəndinin mərkəzində yerləşən “Magnit” mağazası gecə saatlarında növbəti dəfə qarət olunub.
Yerli mətbuatın yaydığı məlumata görə, oğurluq edən şəxs və ya şəxslər mağazanın ön şüşəsini sındıraraq içəri daxil olub, siqaret və digər məhsullar oğurlayıblar.
Son iki il ərzində 10 dəfə eyni qayda ilə qarət edilən mağazada baş vermiş hadisəylə bağlı araşdırma aparılır.
Bizi WhatsApp – da izləyin.