Daxili İşlər Naziri Altun Bayramovu təltif edib – FOTO
Bolnisi Rayon Baş Polis İdarəsində polis inspektoru Bayramov Altun Araz oğlu göstərdiyi nümunəvi xidmət fəaliyyəti və vəzifə borcuna sədaqətinə görə Daxili İşlər Naziri General-Mayor Geka Geladze tərəfindən medal və təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, Bolnisi rayonu üzrə bu mükafata layiq görülən yeganə şəxs məhz Altun Bayramov olub.
Qeyd edək ki, Altun Araz oğlu Bayramov 2022-ci ildən etibarən Bolnisi Rayon Baş Polis İdarəsində polis inspektoru kimi xidmət göstərir.
Ailəlidir, iki övladı var.


