TAKSİ SÜRÜCÜLƏRİNƏ ŞAD XƏBƏR: 8 milyon lariyə qədər cərimələr silinəcək

2025-ci il noyabrın 1-dək sərnişinlərə lisenziyasız və ya icazə şərtlərini pozmaqla xidmət göstərdiyi üçün cərimələnmiş taksi sürücülərinin cərimə və gecikmə faizi silinəcək.

Müvafiq qanun layihəsi parlament tərəfindən üçüncü oxunuşda artıq qəbul edilib.

Söhbət minlərlə inzibati işdən və 8 milyon lariyə qədər cərimə məbləğindən gedir.

Bizi WhatsApp – da izləyin.