Keçmiş arvadı üçün öz nənəsini girov götürüb, öldürməklə hədələdi – VİDEO
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Sığnaği Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan, 1993-cü il təvəllüdlü G.K.-ni ailə üzvünü girov götürmə ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs öz nənəsini — 1950-ci il təvəllüdlü N.K.-ni girov götürərək, keçmiş həyat yoldaşının xaricdən ölkəyə gətirilməsini tələb edib, əks halda isə nənəsinin həyatına son qoyacağı ilə hədələyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsi hadisə yerində saxlayıblar. Hazırda N.K.-nin həyat və sağlamlığı üçün təhlükə yoxdur.
Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 11 prima, 144-cü maddəsi ilə aparılır ki, bu maddə 14 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.