Yeni il gecəsi harada qar yağacaq? – PROQNOZ

31 dekabr gecəsi havanın necə olacağı və qar yağacaq bölgələr barədə məlumat təqdim edirik.

Məlumata görə, 31 dekabr gecəsi ölkənin əksər bölgələrində soyuq və nisbətən quru hava gözlənilir. Lakin ayrı-ayrı ərazilərdə meteoroloqlar zəif yağıntı ehtimalını da istisna etmirlər.

Yeni il gecəsi havanın temperaturunun -2, +2°C intervalında olacağı ehtimal edilir.

Dağlıq və yüksək dağlıq rayonlarda isə şiddətli şaxtalar gözlənilir.

Yeni il gecəsi qarın gözlənildiyi ərazilər:

  • Qudauri – 30–31 dekabr tarixlərində qar yağacağı proqnozlaşdırılır. Havanın temperaturu gündüz -7°C, gecə isə -14°C olacaq.
  • Svanetidə də qar yağacağı gözlənilir. Havanın temperaturu -1°C – -7°C arasında dəyişəcək.
  • Bakurianidə də qar proqnozlaşdırılır. Temperatur -3°C – -10°C təşkil edəcək.

Bizi WhatsApp – da izləyin.