DTX: Keçmiş Müdafiə Naziri saxlanılıb

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaia saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə məlumat verilib.

DTX-nın açıqlamasına görə, istintaq müəyyən edib ki, 4 oktyabr hadisələrinə internet tətbiqləri vasitəsilə məhz Baço Axalaia rəhbərlik edib.

Baço Axalaia 4 oktyabrda Tbilisidə baş verən hadisələrlə bağlı başlanmış cinayət işi çərçivəsində 10 oktyabr tarixində Mərkəzi Kriminal Polis Departamentində şahid qismində və səs nümunəsinin götürülməsi məqsədilə dindirilib. Dindirmə Paata Burçuladze ilə Baço Axalaia arasında olan və yayılan telefon danışığına aid olub.

Bizi WhatsApp – da izləyin.