Gürcüstana külli miqdarda qanunsuz narkotik maddə gətirən İsrail vətəndaşı saxlanılıb – VİDEO
Xüsusilə külli miqdarda psixotrop maddənin Gürcüstana qanunsuz gətirilməsi faktı üzrə hüquq-mühafizə orqanları xarici ölkə vətəndaşını saxlayıblar.
Bu barədə Nazirlik məlumat yayıb.
Belə ki, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları narkotik cinayətində ittiham olunan xarici ölkə vətəndaşını saxlayıblar.
Xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi-saxlanması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə İsrail vətəndaşı, 2003-cü il təvəllüdlü H.A. saxlanılıb.
Hüquq-mühafizə orqanları tərəfindən Tbilisi Beynəlxalq Aeroportunda aparılan istintaq-əməliyyat tədbirləri, o cümlədən təqsirləndirilən şəxsin sərnişin baqajına baxış zamanı maddi sübut kimi 3 080 ədəd “Preqabalin” psixotrop maddə həbi aşkar edilərək götürülüb.
Bizi WhatsApp – da izləyin.