Daxili İşlər Naziri polis departamentlərinin rəhbərləri ilə görüş keçirib
Daxili işlər naziri Geka Geladze birinci müavin Roni Mesxi ilə birlikdə polis departamentlərinin rəhbərləri ilə görüş keçirib.
Bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, görüşdə 2025-ci il ərzində cinayətkarlıqla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə Nazirə məlumat verilib.
Geka Geladze işçi görüş zamanı nazirliyin prioritet istiqamətlərinə diqqət çəkib və departament rəhbərlərinə gələcək planları təqdim edib.
Görüşdə Tbilisi və regionlarda cinayətlərin açılma göstəriciləri müzakirə olunub və qeyd edilib ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi effektiv tədbirlər nəticəsində statistik göstəricilər ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Daxili işlər naziri polis departamentlərinin direktorlarına göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkür edib.
Bizi WhatsApp – da izləyin.