Elektrik enerjisi və təbii qaz tarifləri ilə bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR

Komissiya mövcud şəraiti nəzərə alaraq müzakirə apardı və istehlakçı tariflərini dəyişməz saxladı, – bunu Gürcüstanın Energetika və Su Təchizatı üzrə Tənzimləyici Milli Komissiyasının (Semek) sədri David Narmania bildirib.

Onun sözlərinə görə, mövcud tariflər üç ay müddətinə dəyişməz qalacaq.

“İstehlakçı tarifləri iki komponentdən ibarətdir. Birincisi, elektrik enerjisinin paylanması tarifi, ikincisi isə birbaşa enerji tarifidir. Bu qərarın əsasını təşkil edən məqam ondan ibarətdir ki, müxtəlif generasiya obyektləri tərəfindən növbəti dövrdə əldə olunacaq enerji həcmləri və müvafiq dəyərlər dəqiqləşdiriləcək. Komissiyanın növbəti hesablamaları daha dəqiq aparması üçün bu parametrlərin dəqiqləşdirilmiş formada əldə olunması, əlbəttə ki, vacibdir. Həmçinin “Energo-Pro” şirkəti ilə bağlı olaraq onların təqdim etdiyi investisiya planının cüzi şəkildə korrektə oluna biləcəyi məsələsi də müzakirə olunurdu. Məhz bu şərtləri nəzərə alaraq və eyni zamanda bizə verilmiş səlahiyyətlərdən istifadə edərək, mövcud tarifləri müvəqqəti olaraq üç ay müddətinə dəyişməz saxladıq.

Üç aydan sonra hansı prosedurların olacağı barədə siz vaxtaşırı məlumatlandırılacaqsınız, çünki şirkətlər ayrı-ayrı məlumatları dəqiqləşdirəcəklər, balans da dəqiqləşəcək. Müvafiq olaraq, komissiya hər zaman tariflərin hesablanması üçün istifadə etdiyi metodologiyanı rəhbər tutacaq və tariflər də məhz bu əsaslarla hesablanacaq”, – deyə David Narmania bildirib.

Bizi WhatsApp – da izləyin.