Rustavidə yüksək sürət qəzaya səbəb olub
Rustavidə Vaxuşti küçəsi ilə Tbilisi küçəsinin kəsişməsində 3 avtomobil toqquşub.
Bu barədə “İnfo Rustavi” informasiya agentliyi məlumat yayıb.
Mövcud məlumata əsasən, “BMW” markalı minik avtomobili Vaxuşti küçəsi ilə yüksək sürətlə hərəkət edərkən Tbilisi küçəsi ilə hərəkətdə olan “Opel” markalı distribusiya avtomobilinə, daha sonra isə dayanmış vəziyyətdə olan digər bir “BMW” markalı avtomobilə çırpılıb.
İlkin olaraq sürücünün hadisə yerindən qaçdığı bildirilsə də, polis sonradan müəyyən edib ki, sürücü hadisə yerində olub və sükanı məhz özünün idarə etdiyini etiraf edib.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Bizi WhatsApp – da izləyin.