Müdafiə naziri Yeni ili hərbi qulluqçularla birlikdə qarşılayıb – FOTO
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Yeni ili hərbi qulluqçularla birlikdə qeyd edib. Nazir Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Giorgi Matiyaşvili ilə birlikdə Xoni şəhərində, 6-cı artilleriya briqadasının bazasında olub.
Müdafiə naziri və Müdafiə Qüvvələrinin komandanı videokonfrans vasitəsilə Müdafiə Qüvvələrinin bütün bölmələrinin şəxsi heyətini Yeni il münasibətilə təbrik ediblər.
İrakli Çikovani hərbçilərə layiqli xidmətlərinə görə təşəkkür edib və vurğulayıb ki, onların fədakarlığı, sədaqəti və peşəkarlığı ölkəmizin inkişafı üçün əvəzsizdir. Nazir hərbi qulluqçulara Gürcüstanın xidmətində rifah, dinc gələcək və uğurlar arzulayıb.
Xoni bazasından nazir Gürcüstan vətəndaşlarını da Yeni il münasibətilə təbrik edib, xüsusilə də peşə borcu səbəbilə Yeni ili xidmətdə qarşılayanları qeyd edib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına, polis əməkdaşlarına, həkimlərə, sərhədçilərə və yanğınsöndürən-xilasedicilərə sağlamlıq, möhkəmlik və birlik arzulayıb.
Bizi WhatsApp – da izləyin.











