DİQQƏT! Bu gündən qadağan edildi – 1000 LARİ CƏRİMƏ

2026-cı il yanvarın 1-dən etibarən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qabların dövriyyəsi qadağan edilib və qadağanın pozulmasına görə maliyyə cərimələri tətbiq olunacaq.

Hökumətin qərarına əsasən, 1 yanvardan plastikdən hazırlanmış çəngəllərin, bıçaqların, qaşıqların, çubuqların, boşqabların, pipetlərin, həmçinin genişləndirilmiş polistiroldan hazırlanmış qida konteynerlərinin, onların qapaqlarının, stəkanların və stəkan qapaqlarının istehsalı, idxalı və bazara çıxarılması qadağandır.

Bundan əlavə, iaşə obyektləri tərəfindən müştərilərə plastikdən hazırlanmış, birdəfəlik qida konteynerləri və stəkanlar vasitəsilə hazır yeməklərin təqdim edilməsi və ya satışı da qadağan edilib.

İnzibati cərimələrə gəldikdə isə, “Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materiallar və məmulatlar (əşyalar) haqqında texniki reqlamentin” tələblərinin pozulması 1 000 lari məbləğində cərimə və müvafiq məhsulun müsadirəsi ilə nəticələnəcək. Qaydanın təkrar pozulması halında isə 2 000 lari məbləğində cərimə və yenə də məhsulun müsadirəsi tətbiq ediləcək. Müsadirə olunmuş məhsullar Dövlət Əmlakı Milli Agentliyinə təhvil veriləcək.

Bizi WhatsApp – da izləyin.