Temperatur -17 dərəcəyədək enəcək – PROQNOZ

3 və 4 yanvar tarixlərində Gürcüstanda hava temperaturunun kəskin şəkildə enəcəyi gözlənilir. Kolxeti ovalığında bəzi yerlərdə gecə temperaturu −8 dərəcəyədək, Şida Kartlidə isə −17 dərəcəyədək enə bilər.

Subtropik bitkilər və üzüm tingləri ciddi şəkildə zərər görə bilər.

Güclü şaxtalar və buzlaşma avtomobil yollarının və magistralların ayrı-ayrı sahələrində hərəkətin məhdudlaşdırılmasına, həmçinin elektrik ötürücü xətlərin buzlanmasına səbəb ola bilər (təhlükə səviyyəsi – orta).

Bizi WhatsApp – da izləyin.