Qardabanidə baş vermiş dəhşətli cinayətlə bağlı saxlanılanlar var, 3 nəfər isə… – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd, başqasının mülkiyyətinin toxunulmazlığının zorakılıqla pozulması və iki və ya daha çox şəxsə qarşı qrup halında törədilmiş zorakılıq ittihamları ilə 2000-ci il təvəllüdlü E.M. və 1995-ci il təvəllüdlü M.M.-ni saxlayıblar. Hadisə ilə bağlı 1999-cu il təvəllüdlü S.A., 1971-ci il təvəllüdlü A.M. və 1996-cı il təvəllüdlü E.M.-nin şəxsiyyətləri müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, Qardabani bələdiyyəsində yaşayan 6 nəfər arasında baş vermiş mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı onlardan biri soyuq silahla davada iştirak edən iki nəfərə xəsarət yetirib.
Məlumata görə, qarşıdurmadan sonra iştirakçılardan biri özünə məxsus avtomobili qəsdən iki nəfərin üzərinə sürüb, nəticədə F.A. hadisə yerində həyatını itirib.
Hadisə zamanı xəsarət alan 4 nəfər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2 nəfər isti izlərlə saxlanılıb, digər 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19–109-cu, 160-cı və 126-cı maddələri ilə aparılır. Sözügedən maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.