2025-ci ildə doğulan hər altı uşaqdan biri Hindistanda dünyaya gəlib – STATİSTİKA

2025-ci ildə Asiya qlobal miqyasda doğum göstəricilərinə görə lider mövqeyini qoruyub saxlayır. Visual Capitalistin yaydığı məlumatlara əsasən, dünyada doğulan uşaqların ən böyük payı bu qitənin payına düşür. Bu göstəricinin əsas səbəbi əhalisi sıx olan və gənc əhalinin üstünlük təşkil etdiyi ölkələrdir.

Məlumata görə, 2025-ci ildə ən çox uşaq Hindistanda dünyaya gəlib. Ölkədə yeni doğulanların sayı 23 milyon təşkil edib. Bu isə qlobal miqyasda doğulan hər altı uşaqdan birinin Hindistanda dünyaya gəldiyini göstərir.

Siyahıda ikinci yerdə Çin qərarlaşıb. Lakin Çin doğum göstəricilərinə görə lider Hindistandan əhəmiyyətli dərəcədə geri qalır. Ölkədə 2025-ci ildə 8,7 milyon uşaq doğulub.

2025-ci ildə ən çox uşaq doğulan ölkələr:

  • Hindistan – 23 milyon
  • Çin – 8,7 milyon
  • Nigeriya – 7,6 milyon
  • Pakistan – 6,9 milyon
  • Konqo Demokratik Respublikası – 4,5 milyon
  • İndoneziya – 4,4 milyon
  • Efiopiya – 4,1 milyon
  • ABŞ – 3,6 milyon
  • Banqladeş – 3,4 milyon

Eyni zamanda, bəzi ölkələrdə doğum göstəriciləri olduqca aşağı səviyyədə qeydə alınıb.

2025-ci ildə ən az uşaq doğulan ölkələr:

  • Tayvan – 125 322
  • Nikaraqua – 131 804
  • Paraqvay – 135 786
  • Fələstin – 144 890
  • Qırğızıstan – 149 483

Bizi WhatsApp – da izləyin.