DİQQƏT! Məktəbə qəbul yaşı və məktəb seçimi qaydasına dəyişiklik edilib

Məktəbə qəbul yaşı yenidən dəyişir. Belə ki, birinci sinifə qeydiyyatdan yalnız 15 sentyabr tarixinədək 6 yaşı tamam olan uşaqlar keçə biləcəklər. Bu barədə qərar ümumi təhsil islahatının təqdimatı zamanı açıqlanıb.

Təhsil naziri izah edib ki, “6 yaşına çatmamış uşaqlar məktəbə başladıqda, sosial-emosional vəziyyət və hazır olma səviyyəsi baxımından tədris prosesinə tam inteqrasiya etməkdə çətinlik çəkirlər. Buna görə də məqsədlərimizdən və 11 illik təhsil sisteminə keçidimizdən irəli gələrək qərar verdik ki, gələn ildən etibarən və hər növbəti ildə məktəbə yalnız həmin ilin 15 sentyabrınadək 6 yaşı tamam olan uşaqlar qəbul olunacaqlar…”

Bundan əlavə, Mikanadzenin sözlərinə görə, uşaqlar məktəblərə yaşayış yerinə əsasən qeydiyyatdan keçiriləcəklər:

“Yaşayış-ərazi prinsipinə əsaslanan qeydiyyat mərhələsini tətbiq etməyi planlaşdırırıq. İlk mərhələdə bu, iri şəhərlərdə həyata keçiriləcək, daha sonra isə ehtiyacdan asılı olaraq ölkə üzrə genişləndiriləcək.”

Bizi WhatsApp – da izləyin.