KİV: Ramazan Kadırovun səhəti pisləşib, Kreml onun yerinə namizəd axtarır

Çeçenistan Respublikasının lideri Ramzan Kadırovun səhhətinin pisləşdiyi bildirilir. Məlumata görə, o, böyrək çatışmazlığı səbəbindən dializ müalicəsi alır. Bu barədə məlumatı Ukrayna mediası Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələrinə istinadən təqdim edib.

Mənbələrin məlumatına görə, Kadırov hazırda Çeçenistanda, ona məxsus xəstəxanada yerləşdirilib və həkimlər onun vəziyyəti ilə bağlı proqnoz verə bilmirlər.

Ukrayna mediası yazır ki, Kreml onun vəzifəsinə potensial namizədləri nəzərdən keçirir.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Ukraynanın Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Kadırovun çox ağır vəziyyətdə olduğunu açıqlayıb.

Bizi WhatsApp – da izləyin.