Havanın temperaturu -13 dərəcəyədək enəcək – PROQNOZ

Yanvarın 12-nə olan hava proqnozunu təqdim edirik:

Qərbi Gürcüstanda – vaxtaşırı buludluluğun artması gözlənilir. Bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq. Gecə saatlarında şərq küləyi 10–15 m/s, bəzi yerlərdə güclənərək 17–22 m/s olacaq. Günün sonuna doğru sahil rayonlarında bəzi yerlərdə cənub-qərb küləyinin 12–17 m/s sürətlə əsəcəyi ehtimal olunur.

Havanın temperaturu: düzənliklərdə gecə +7…+12°, gündüz +10…+15°; dağlıq ərazilərdə gecə -1…+4°, gündüz +8…+13°; yüksək dağlıq ərazilərdə gecə -6…-1°, gündüz +1…+6°.

Şərqi Gürcüstanda – vaxtaşırı buludluluğun artması gözlənilir. Bəzi yerlərdə yağıntı olacaq, dağlıq ərazilərdə qar şəklində, yüksək dağlıq rayonlarda isə bəzi yerlərdə çovğun müşahidə edilə bilər. Külək dəyişkən istiqamətli, 10–15 m/s.

Havanın temperaturu: aran rayonlarında gecə 0…+5°, bəzi yerlərdə -4°-dək; gündüz +9…+14°; dağlıq ərazilərdə gecə -7…-2°, gündüz +4…+9°; yüksək dağlıq ərazilərdə gecə -8…-3°, bəzi yerlərdə -13°-dək, gündüz -5…0°, bəzi yerlərdə +5°-dək.

Bizi WhatsApp – da izləyin.