Şəxsiyyət vəsiqələri barədə vacib məlumat
Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni nəsil, yenilənmiş dizayna malik elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb. Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatına görə, bu sənədlərin təhlükəsizliyi müasir qoruyucu elementlər vasitəsilə daha da gücləndirilib və onlar ən son beynəlxalq standartlara tam uyğun gəlir. Dizayn isə milli mövzulu simvollarla zəngindir.
“Qeyd edilməlidir ki, şəxsiyyəti təsdiq edən sənədin rüsumu dəyişməz qalır və müddətli vəsiqələrin sahibləri onları yenisi ilə əvəz etməyə məcbur deyillər. Yenilənmiş elektron şəxsiyyət vəsiqəsində sahibinin barmaq izləri yer alır. Həmçinin vəsiqədə QR-kod yerləşdirilib. QR-kod skan edildikdə əlavə məlumat əldə etmək mümkündür: sənədin nömrəsi və statusu, şəxsin qeydiyyat ünvanı, eləcə də sənəd sahibinin istəyi ilə – tələbə və ya əlilliyi olan şəxs statusu barədə məlumat.
Maraqlanan şəxslər yeni ID kart üçün Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi bölmələrində, Ədliyyə Evinin filiallarında və mobil Ədliyyə Evlərində, həmçinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin rəsmi veb-saytı vasitəsilə onlayn qaydada müraciət edə bilərlər”, – məlumatda deyilir.
Bizi WhatsApp – da izləyin.