ABŞ-dən Azərbaycanla bağlı müəmmalı mesaj – “Hazır olun!”
Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (“Hazır olun”). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-də diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən “X” platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub.
RealNews.ge Azərbaycan KİV-ə istinadən xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir.
Lyuk Koffi kimdir və niyə dedikləri bu qədər önəmlidir?
Lyuk Koffi ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən biri olan “Hudson Institute”un aparıcı tədqiqatçısıdır. O, Avropa, Avrasiya, NATO və transatlantik təhlükəsizlik məsələləri üzrə Vaşinqtonda ciddi təsir imkanlarına malik analitiklərdən sayılır.
Koffi uzun illər ABŞ-də strateji düşüncə mərkəzlərində çalışıb, NATO xətti üzrə təhlükəsizlik planlamalarında iştirak edib və ABŞ xarici siyasətinin ideoloji konturlarının formalaşmasında rol oynayan fiqurlardan biri kimi tanınır. Onun açıqlamaları bir çox hallarda Vaşinqtondakı real siyasi proseslərin öncədən siqnalı hesab olunur.
Bizi WhatsApp – da izləyin.
