NAZİR: “Bütün bələdiyyələrdə multifunksional komplekslər inşa edilməlidir”
İnfrastruktur naziri Revaz Soxadze səhər verilişinin müəllif rubrikasında – “Business Insider Georgia” proqramında ölkə üzrə idman infrastrukturunun inkişafından danışıb.
Nazirin sözlərinə görə, cari ildə müxtəlif bələdiyyələrdə idman infrastrukturunun tikintisinə fəal şəkildə başlanılıb. Bu çərçivədə onlarla futbol üzrə “texniki mərkəz” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Revaz Soxadze bildirib ki, hökumətin mövqeyi ondan ibarətdir ki, bütün bələdiyyələrin əhalisi müasir xidmətlərə, o cümlədən idman infrastrukturuna bərabər çıxış imkanına malik olsun. Bu isə xüsusilə gənclər arasında sağlam həyat tərzinin təşviqi və dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Hökumətin qərarına əsasən, bütün bələdiyyələrdə multifunksional komplekslər inşa edilməlidir ki, bu da regionların balanslı inkişafına mühüm töhfə verəcək. Bu, ölkənin irəliləyişinin əsas göstəricilərindən biri olacaq”, – deyə infrastruktur naziri vurğulayıb.
Bizi WhatsApp – da izləyin.