İrakli Qaribaşvili həbs edilib

Prokurorluq təqsirləndirilən İrakli Qaribaşvili ilə prosessual razılaşma bağlayıb — bu barədə Baş Prokurorluq bəyanat yayıb.

Qurumun məlumatına görə, sabiq baş nazirə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayətə görə cəza növü və ölçüsü kimi 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib.

Bundan əlavə, ona əlavə cəza kimi 1 milyon lari məbləğində cərimə tətbiq olunub. Həmçinin cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.

İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edib və prosessual razılaşmanın şərtləri ilə razılaşıb. Prokurorluğun prosessual razılaşma ilə bağlı vəsatəti məhkəmə tərəfindən artıq təmin edilib.

Bizi WhatsApp – da izləyin.