DİN: Polis əməkdaşının “oğru aləmi”nə aid hesablaşmaya rəhbərlik etməsi barədə yalan məlumat yayılıb
Daxili İşlər Nazirliyi mediada Quriya bölgəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatı məqsədyönlü yalan adlandırıb.
Söhbət Ozurqetidə guya “oğru aləmi”nə aid hesablaşmaya bir polis əməkdaşının rəhbərlik etməsi və hadisə nəticəsində bir nəfərin həlak olması barədə məlumatdan gedir.
“Yayılan məlumatlar real faktlarla tamamilə uyğun gəlmir və məqsədyönlü yalandır. Mövzuya ‘qanuni oğrular’ faktorunun daxil edilməsi qəsdən edilən yalandır. Davada polis əməkdaşının iştirakı ilə bağlı məlumat da yalandır, hərçənd sözügedən şəxs həqiqətən başqa bir qurumun əməkdaşıdır. Onun xidməti silahdan istifadə etməsi və atəş açması barədə məlumat da həqiqətə uyğun deyil.
Bütün bunlara baxmayaraq, məlumatı yayan media qurumu bu vaxta qədər bizə heç bir sualla müraciət etməyib. Əslində nə baş verdiyi ilə bağlı isə istintaq materiallarına əsaslanaraq yaxın zamanda açıqlama yayımlayacağıq”, – deyə nazirlikdə bildirilib.
Bizi WhatsApp – da izləyin.