Keçmiş Baş nazir Rustavidəki 12 saylı həbsxanaya gətirilib

5 il müddətinə azadlıqdan məhrumetmə və 1 milyon lari məbləğində cərimə — İrakli Qaribaşvili saxlanılıb. O, Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinə gətirilib. Prokurorluq Qaribaşvili ilə prosessual razılaşma imzalayıb. Razılaşmaya əsasən, Cinayət Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulan cinayətə görə ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Prokurorluğun açıqlamasında bildirilir ki, əlavə cəza kimi ona pul cəriməsi tətbiq olunub və cinayət fəaliyyəti nəticəsində əldə edilmiş, habelə evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.

İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edib və prosessual razılaşmanın şərtləri ilə razılaşıb.

Bizi WhatsApp – da izləyin.