Gürcüstanda məktəblərin sayı azalıb, şagirdlərin sayı isə… – 10 İLLİK STATİSTİKA

Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) məlumatlarına görə, son 11 il ərzində ölkədə şagirdlərin sayı artıb, ümumtəhsil müəssisələrinin (dövlət və özəl məktəblər) sayı isə azalıb.

Sakstatın açıqladığı son göstəricilərə əsasən, 2025/2026 tədris ilinin əvvəlində Gürcüstanda 2 292 dövlət və özəl məktəb fəaliyyət göstərib. 2015/2016 tədris ilində isə onların sayı 2 331 olub.

Daha dəqiq desək, 2015/2016–2025/2026 tədris illərinin əvvəlində ümumtəhsil müəssisələrinin sayı belə dəyişib:

  • 2015/2016 – 2 331
  • 2016/2017 – 2 321
  • 2017/2018 – 2 308
  • 2018/2019 – 2 313
  • 2019/2020 – 2 313
  • 2020/2021 – 2 309
  • 2021/2022 – 2 308
  • 2022/2023 – 2 302
  • 2023/2024 – 2 296
  • 2024/2025 – 2 294
  • 2025/2026 – 2 292

Şagirdlərə gəldikdə isə, Milli Statistika Xidmətinin məlumatına görə, 2025/2026 tədris ilinin əvvəlində ümumtəhsil müəssisələrində 644,2 min şagird təhsil alır. 2015/2016 tədris ilində isə onların sayı 553,9 min təşkil edib.

Daha dəqiq olaraq, 2015/2016–2025/2026 tədris illərinin əvvəlində dövlət və özəl məktəblərdə şagirdlərin sayı aşağıdakı kimi olub:

  • 2015/2016 – 553,9 min
  • 2016/2017 – 564,7 min
  • 2017/2018 – 575,2 min
  • 2018/2019 – 584,4 min
  • 2019/2020 – 592,9 min
  • 2020/2021 – 609,1 min
  • 2021/2022 – 624,5 min
  • 2022/2023 – 633,3 min
  • 2023/2024 – 634,3 min
  • 2024/2025 – 640,7 min
  • 2025/2026 – 644,2 min

mənbə: edu.aris.ge

Bizi WhatsApp – da izləyin.