Ermənistan “Tramp Marşrutunun operatoru“ şirkətinin 74%-ni ABŞ-a verir, 26% isə…

ABŞ Ermənistanla birlikdə təsis olunacaq “TRIPP Development Company” (Tramp Marşrutunun operatoru) şirkətində nəzarət paketini əldə edəcək.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın TRIPP ilə bağlı birgə bəyanatında deyilir.

“Ermənistan “TRIPP Development Company”yə 49 illik müddətə layihənin inkişafı hüququnu verməyi nəzərdə tutur. Şirkətin səhmlərinin 74 %-nin ABŞ-nin, 26 %-nin isə Ermənistanın payına düşəcəyi nəzərdə tutulur. Razılaşmanın daha 50 il uzadılmasından sonra Ermənistanın payı 49 %-ə qədər artacaq”, – bəyanatda qeyd edilib.

Həmçinin bidirilib ki, səhmdarların strukturunda və ya son benefisiarlarda hər hansı dəyişiklik üçün ABŞ və Ermənistan hökumətlərinin əvvəlcədən razılığı tələb olunur.

Bizi WhatsApp – da izləyin.