Artıq bu məlumatlar Dövlət sirri olacaq – YENİ ƏLAVƏ
Xüsusi Tapşırıqlar Departamentinin obyektlərində aparılan tikinti və ya təmir işləri ilə bağlı məlumatlar dövlət sirri hesab ediləcək. Bu barədə Hökumətin qərarında qeyd olunub.
12 Yanvarın tarixli sənədə əsasən, dövlət sirrinə aid edilən məlumatların siyahısına aşağıdakı məzmunda maddə əlavə edilib:
“Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamenti, Obyektlərin Mühafizəsi Departamenti, Müvəqqəti Yerləşdirmənin Təminatı Departamenti və Operativ Təminat Departamenti üçün nəzərdə tutulmuş bina və qurğuların yeni tikintisi, habelə bu bina və qurğularda aparılmış və ya aparılacaq yenidənqurma, tikinti və təmir işləri haqqında məlumatlar. Həmin ərazilərdə tikinti zamanı istifadə olunan tikinti-təmir materialları, texniki vasitələr və qüvvələr barədə məlumatlar.”
Bununla yanaşı, dövlət sirri bu qərarın qüvvəyə mindiyi tarixdən sonra yaranan hüquqi münasibətlərə də şamil ediləcək.
Sənədə əsasən, qərar dərc edildiyi andan etibarən artıq qüvvəyə minib.
Bizi WhatsApp – da izləyin.