TƏCİLİ! Marneulidə yaşlı kişi itkin düşüb – FOTO

Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakini, 1943-cü il təvəllüdlü Fəhrəd Namazov itkin düşüb. Ailənin

Yerli mətbuatın yaydığı məlumata görə, yaşlı kişi ötən gün – 18 yanvar tarixində günün birinci yarısında ova çıxıb və həmin vaxtdan etibarən ondan xəbər alınmır. Namazovlar ailəsi hadisə ilə bağlı polisə məlumat verib.

Bildirilib ki, polis gecə saatlarından axtarışlar aparsa da, Fəhrəd Namazov hələlik tapılmayıb. Hazırda ailə üzvləri də itkin düşən şəxsi axtarışlarını davam etdirirlər.

Fəhrəd Namazovu görənlərdən +995 599 445 404 telefon nörməsi ilə əlaqə saxlamaları xahiş olunur.

Bizi WhatsApp – da izləyin.