Xüsusi əməliyyatla 88 nəfər saxlanılıb – VİDEO
Son 24 saat ərzində hüquq-mühafizə orqanları Tbilisi və regionlarda keçirdiyi polis tədbirləri nəticəsində misli görünməmiş sayda – 88 narkotik satıcısı və narkocinayətlərdə iştirak edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, xüsusilə külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr, odlu və avtomatik odlu silahlar, həmçinin ehtimal ki, narkotiklərin qanunsuz satışından əldə edilmiş pul vəsaiti götürülüb.
“Daxili İşlər Nazirliyi narkocinayətkar sxemlərdə iştirak edən şəxslərin aşkar edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kompromissiz mübarizəni davam etdirir. Yalnız son 24 saat ərzində hüquq-mühafizə orqanlarının Tbilisi və regionlarda keçirdiyi polis tədbirləri nəticəsində misli görünməmiş sayda – 88 narkotik satıcısı və narkocinayətlərdə iştirak edən şəxs saxlanılıb.
Xüsusilə külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr, odlu və avtomatik odlu silahlar, həmçinin ehtimal ki, narkotiklərin qanunsuz satışından əldə edilmiş pul vəsaiti götürülüb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Hüquq-mühafizə orqanları tərəfindən intensiv rejimdə aparılan istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilib ki, saxlanılan narkotik satıcıları narkotik maddələri vətəndaşlara sistemli şəkildə satıblar.
Polis məhkəmə qərarı əsasında həyata keçirilən narkotiklərin nəzarətli alışı zamanı, eləcə də təqsirləndirilən şəxslərin göstərdikləri yerlərdən, onların üzərindən, avtomobillərindən və yaşayış evlərindən aparılan axtarışlar nəticəsində xüsusilə külli miqdarda müxtəlif növ narkotik maddələr – o cümlədən ‘kokaín’, ‘heroin’, ‘alfa PVP’, ‘buprenorfin’, ‘metadon’, ‘morfin’, ‘MDMA’ və qurudulmuş ‘marixuana’ maddi sübut kimi götürülüb. İstintaq hərəkətləri zamanı, həmçinin narkotik maddələrin qablaşdırılması üçün lazım olan materiallar da götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 260-cı, 260-cı tersiya, 260-cı kvarta, 261-ci və 265-ci prima maddələri üzrə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Xatırladırıq ki, Daxili İşlər Nazirliyinin narkocinayətkarlığa qarşı mübarizəsi nəticəsində 2025-ci ilin son 7 ayı ərzində Gürcüstan üzrə narkotik cinayətlərinə görə 5 000-dən çox şəxs saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib, onların arasında təxminən 2 000 nəfər narkotik satışı ilə məşğul olan şəxs var.
Gürcüstan Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları ölkə miqyasında narkotik cinayətlərinə qarşı kompleks tədbirləri daimi rejimdə davam etdirirlər. İctimaiyyətə xatırladırıq ki, vətəndaşlarımızın, xüsusilə də gənclərin həyatını və sağlamlığını təhlükə altına atan hər bir şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq”, – deyə Aleksandre Daraxvelidze bildirib.
Bizi WhatsApp – da izləyin.