Kosalı kəndində ağır yol qəzası baş verib

Qardabani bələdiyyəsinin Kosalı kəndində ağır yol qəzası baş verib.

Belə ki, mərkəzi yolda Ford Fusion markalı minik avtomobili ilə Ford markalı yük maşını toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə təcili tibbi yardım briqadaları, Fövqəladə Halların İdarə olunması xidmətinin texnika və əməkdaşları, eləcə də polis cəlb edilib. Xəsarət alan sürücü və sərnişinlərə dərhal tibbi yardım göstərilib, xəstəxanaya aparılıb.

Xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizi WhatsApp – da izləyin.