TƏCİLİ! DTX əməkdaşı məktub yazıb intihar etdi
Prokurorluq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının ölümü ilə bağlı bəyanat yayıb.
Qurumun açıqlamasına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşının ölümü faktı üzrə Tbilisi Prokurorluğunun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaqa başlayıb. Məlumat üçün bildirək ki, bu maddə şəxsin intihara çatdırılmasını nəzərdə tutur.
“Antikorrupsiya Agentliyinin əməkdaşı bu gün səhər saatlarında öz avtomobilində odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə ölü halda tapılıb. Hadisə yerinə baxış zamanı mərhuma məxsus odlu silah və avtomobilin yan oturacağında aşkar edilən məktub götürülüb.
Hazırda müvafiq təxirəsalınmaz istintaq hərəkətləri aparılır”, – məlumatda deyilir.
Bizi WhatsApp – da izləyin.