Səhər tezdən işə gəlib, silahını götürərək…

Dövlət Təhlükəsizliyi Xidmətinin ərazisində istintaq hərəkətləri aparılır. Qeyd edək ki, avtomobillərdən birində DTX əməkdaşının meyiti aşkarlanıb və istintaq tədbirləri məhz bu faktla bağlıdır. Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

“Bu şəxs Antikorrupsiya Agentliyinin çox təcrübəli və ləyaqətli əməkdaşı idi, hamı onu çox sevirdi.

İlkin olaraq deyə biləcəyimiz odur ki, o, bir neçə ay əvvəl xaricdə bariatrik əməliyyat keçirmişdi, onlarla kiloqram çəki itirmişdi və bununla əlaqədar müəyyən sağlamlıq problemləri də var idi.

Hazırda ortaya çıxan və əməkdaşlardan bildiyimiz məlumata görə, o, səhər tezdən işə gəlib, görünən odur ki, silahını götürərək xidmət ərazisini tərk edib və öz avtomobilində odlu silahdan aldığı yara nəticəsində ölü halda tapılıb. Avtomobilin yan oturacağında isə məktub qoyub.

Bunlar bizə məlum olan yalnız ilkin məlumatlardır. Digər detalları istintaq müəyyən edəcək”, – deyə DTX-də bildiriblər.