Marneulidə evlilik məqsədilə 20 yaşlı qızı qaçıran iki nəfər saxlanılıb – VİDEO
Kevmo-Kartli Polisi evlilik məqsədilə azadlığın qanunsuz məhdudlaşdırılması ittihamı ilə iki nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin Kvemo-Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları azadlığın qanunsuz məhdudlaşdırılması ittihamı ilə 2004-cü il təvəllüdlü N.A.-nı və 2000-ci il təvəllüdlü S.B.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, Marneuli bələdiyyəsinin kəndlərindən birində N.A. evlilik məqsədilə 2006-cı il təvəllüdlü U.K.-nın azadlığını qanunsuz məhdudlaşdırıb. Bu cinayət əməlində hazırda ittiham olunan S.B. də iştirak edib.
Hüquq-mühafizə orqanlarının apardığı istintaq hərəkətləri nəticəsində hər iki ittiham olunan cinayəti törətdikdən dərhal sonra saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır, bu maddə 4 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
- Bizi WhatsApp – da izləyin.