DİQQƏT! Röyanın konsertinə bilet alanların nəzərinə!
Tbilisidə 21 mart tarixində keçirilməsi planlaşdırılan Azərbaycan estradasının məşhur müğənnisi Röya Ayxanın konserti təxirə salınıb.
Bu barədə konsertin təşkilatçıları bəyanat yayıb.
“Hörmətli Gürcüstan xalqı!
Gürcüstanın Katolikos-Patriarxı, gürcü xalqının dini lideri II İlyanın vəfatı xəbəri bizi çox kədərləndirdi. Biz bu ağır itki ilə əlaqədar Gürcüstana dərin hüznlə başsağlığı veririk.
Bu kədərli günlərdə bütün ölkə bu itkini bölüşür və tam matəm içindədir. Mərhumun və gürcü xalqının xatirəsinə ehtiram əlaməti olaraq bildiririk ki, Azərbaycanın xalq artisti Roya Ayxan tərəfindən planlaşdırılan konsertimiz təxirə salınıb.”
Bildirilib ki, Röyanın konserti bu ilin 25 may tarixində baş tutacaq və alınan bütün Biletlər etibarlıdır. Biletləri geri qaytarmaq üçün biletebi.ge ilə 27 mart saat 19:00-a qədər əlaqə saxlaya bilərsiniz.
Bizi WhatsApp – da izləyin.