DİQQƏT! Tbilisidə bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, piyadalar isə… – RƏSMİ
Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar olaraq, Sameba Kafedral Kilsəsinin ətraf ərazisində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Nəqliyyatın hərəkəti qadağandır: Avlabari meydanından Mesxişvili və Qonaşvili küçələri istiqamətində, Sameba Kafedral Kilsəsinə doğru; Barataşvili yoxuşundan Tsurtzumia küçəsi istiqamətində; Axvlediani küçəsindən Samreklo küçəsi istiqamətində; Saingilo küçəsindən Qumbri küçəsi istiqamətində; Qorki və Buxaidze küçələrindən Samreklo küçəsi istiqamətində; Tsurtzumia küçəsindən Qurjaani küçəsi istiqamətində. Həmçinin Mesxişvili və Qonaşvili küçələri istiqamətində hərəkət Dmanisi, Vaxtanq VI, Avlabari, İrbaxi və Tsiskari küçələrindən də qadağandır.
Piyadalar üçün isə “Avlabari” metro stansiyasından Sameba Kafedral Kilsəsinə qalxış Mesxişvili küçəsi vasitəsilə mümkün olacaq, geri dönüş isə Qonaşvili küçəsi ilə həyata keçiriləcək.
Bizi WhatsApp – da izləyin.