Ramazan və Novruz bayramları münasibətilə xeyriyyə aksiyası keçirilib – FOTO
Azərbaycanın Gürcüstandakı Səfirliyi və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə və Marneulidə “Azərbaycan Evi”ndə Ramazan və Novruz bayramları münasibətilə xeyriyyə aksiyası keçirilib.
Aksiya çərçivəsində müxtəlif çeşiddə ərzaq məhsulu olan 400-dən artıq humanitar yardım paketi aztəminatlı ailələrə, ahıl şəxslərə və xəstələrə paylanıb.
Təşəbbüsün əsas məqsədi Ramazan və Novruz bayramları ərəfəsində sosial həmrəyliyi gücləndirmək, ehtiyac sahiblərinə həm mənəvi, həm də maddi dəstək göstərməkdir.
Bizi WhatsApp – da izləyin.

