Telavidə hamilə həyat yoldaşına qarşı zorakılıq edən şəxs saxlanılıb – 13 İL HƏBS…
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Telavi rayon idarəsinin əməkdaşları, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan, 1992-ci il təvəllüdlü G.T.-ni, əvvəlcədən bilə-bilə ailə üzvü olan hamilə qadına qarşı törədilmiş hədə-qorxu, zorakılıq və zorlamada ittiham edərək saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İş üzrə aparılmış istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavi bələdiyyəsinin kəndlərindən birində həyat yoldaşı — 1991-ci il təvəllüdlü Z.O.-ya qarşı həyatına son qoymaqla hədələmə və fiziki zorakılıq tətbiq edib, həmçinin zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə cinsi əlaqəyə məcbur edib.
Kompleks şəkildə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları G.T.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 137-ci, 126 prima və 11 prima 151-ci maddələri ilə aparılır ki, bu da 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.