Marneulidə qanlı hadisə: Gənclər arasında mübahisə…
Bu gün axşam saatlarında Marneuli şəhərində gənclər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Yerli mətbuatın yaydığı məlumata görə, yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Hadisə barədə Daxili İşlər Nazirliyindən hələ ki, heç bir rəsmi açıqlama edilməyib.
Bizi WhatsApp – da izləyin.