Dəhşətli hadisə: Ər-arvad yaşadıqları mənzildə ölü tapılıb
Tskaltuboda ər-arvad yaşadıqları mənzildə ölü tapılıb. Mövcud məlumata görə, hadisə qaz sızması ilə əlaqələndirilir.
Məlumata əsasən, qadın iş yerinə getmədiyi üçün onunla əlaqə saxlamağa cəhd edilib, lakin mümkün olmayıb. Bundan sonra xilasedicilər çağırılıb. Hadisə yerinə gələnlər mənzildə qadın və kişinin artıq vəfat etdiyini aşkar ediblər.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) istintaq başlanıb.
Bizi WhatsApp – da izləyin.