Qaracalarda qadınlar da daxil olmaqla quldurluq törədən dəstə saxlanılıb – VİDEO

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Telavi rayon idarəsinin əməkdaşları tərəfindən, qrup halında, yaşayış evinə qanunsuz daxil olaraq törədilmiş quldurluq ittihamı ilə 1982-ci il təvəllüdlü E.D. və ana-bala: 2008-ci il təvəllüdlü T.İ. və əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü S.İ.-ni saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, maskalanmış təqsirləndirilən şəxslər cari ilin 29 mart tarixində gecə saatlarında Telavi bələdiyyəsinin Qaracalar kəndində yaşayan 1955-ci il təvəllüdlü L.Q.-nın evinə quldurluq məqsədilə hücum ediblər, ona fiziki zorakılıq göstəriblər və zor tətbiq edərək 8 200 lari, bank kartları və mobil telefonu oğurlayıblar.

Cinayəti törətdikdən sonra hər üç şəxs hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayətdə iştirak edən hər üç şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.

Polis tərəfindən maddi sübut kimi cinayət yolu ilə əldə olunmuş pul vəsaiti, bank kartları və mobil telefon götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır ki, bu da 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.