Marneulidə 58 yaşlı kişi 64 yaşlı şəxsi soyuq silahla… – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə 1968-ci il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş A.S.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində baş vermiş münaqişə zamanı soyuq silahdan istifadə edərək 1962-ci il təvəllüdlü A.S.-yə bədən xəsarəti yetirib. Yaralanan kişi müvafiq tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş istintaq tədbirləri nəticəsində A.S.-ni hadisədən qısa müddət sonra Marneuli bələdiyyəsi ərazisində saxlayıblar.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.