Marneulidə küçədə faciə: 40 yaşlı kişi qəfil həyatını itirdi
Marneuli şəhərinin Rustaveli küçəsi 38 ünvanında ölüm hadisəsi baş verib.
Təxminən 40 yaşlarında olan, Bolnisi bələdiyyəsinin Qoşa Kilsə kənd sakini dünyasını dəyişib. Mərhumun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Şahidlərin sözlərinə görə, 40 yaşlı kişi yolda qəflətən yerə yıxılıb və həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspert qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bizi WhatsApp – da izləyin.