Gürcüstanda sürücülük imtahanı qaydaları dəyişir – növbədənkənar imtahan yalnız şənbə günü olacaq
Sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlar üçün növbədənkənar – 250 lari dəyərində praktik imtahanın keçirilməsi qaydası dəyişir.
Bu barədə Xidmət Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsini idarəetmə hüququnun əldə olunması üzrə praktik imtahanlarla bağlı dəyişiklik cari ilin iyun ayından qüvvəyə minəcək.
Agentliyin açıqlamasına əsasən, indiyədək vətəndaşlar bazar ertəsindən şənbə gününədək həm planlı, həm də növbədənkənar (250 lari dəyərində) praktik imtahandan yararlana bilirdilər.
Lakin yeni qaydalara əsasən, dəyişiklik qüvvəyə mindikdən sonra bazar ertəsindən cümə gününədək yalnız planlı imtahanlar keçiriləcək. Vətəndaşlar növbədənkənar praktik imtahanı yalnız şənbə günü verə biləcəklər.
Qurum həmçinin qeyd edib ki, növbədənkənar imtahanlar üçün ayrılmış kvota tam şəkildə planlı imtahanlara əlavə olunacaq.
Bizi WhatsApp – da izləyin.