Baş prokuror Türkiyə səfiri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Baş Prokuror Giorgi Qvarakidze Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı ilə görüş keçirib.
Bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Gürcüstan və Türkiyə arasında mövcud tərəfdaşlıq münasibətləri və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər həmçinin iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq və gələcək planlar barədə fikir mübadiləsi aparıblar.
Məlumata görə, tərəflər əməkdaşlığın birgə səylərlə daha da genişləndirilməsinə ümid etdiklərini bildiriblər.
Görüşdə Gürcüstan Baş Prokurorunun müavini Amiran Quluaşvili, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Giorgi Mikava, həmçinin Türkiyə səfirliyinin üçüncü katibi Uğur Tehneli, daxili işlər məsələləri üzrə müşavirlər Hakan Bechel və Necmettin Tetik iştirak ediblər.
Bizi WhatsApp – da izləyin.