Tbilisidə 83 min larilik dələduzluq: tikinti vədi ilə vəsaiti mənimsəyən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan bir nəfəri saxlayıblar.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs torpaq sahəsində tikintiyə icazənin alınması və yaşayış evinin inşası məqsədilə zərərçəkmiş şəxsdən mərhələli şəkildə 83 min lari alıb. Lakin o, razılaşmanın şərtlərini yerinə yetirməyib və vəsaiti qanunsuz olaraq mənimsəyib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.
Qurumun məlumatına görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Sözügedən maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.