Tbilisidə terminaldan pul oğurlamaq istəyən dəstə üzvləri saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları əvvəlcədən əlbir olan bir qrup tərəfindən törədilən quldurluq (qarət) cəhdi faktı ilə bağlı 4 nəfəri saxlayıblar.

Istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə səhər saatlarında pul vəsaitini ələ keçirmək məqsədilə sürətli ödəniş terminalını zədələyərək onun içərisindəki pulu qanunsuz yolla götürməyə cəhd ediblər. Lakin onlar niyyətlərini həyata keçirə bilməyərək hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilərin cinayəti törətməsi müxtəlif sübutlarla, o cümlədən müşahidə kameralarının görüntüləri ilə təsdiqlənir.

Keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər təqsirləndirilən şəxs qismində saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Həmin maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.