Qardabanidən ekskursiyaya gedən məktəblilər qəzaya düşüb – Ölən və yaralılar var…
Qardabani bələdiyyəsinin Kosalı ictimai məktəbindən şagirdləri ekskursiyaya aparan mikroavtobuslar yol-nəqliyyat hadisəsinə məruz qalıb.
Mikroavtobusda təxminən 30 nəfər olub. Hadisənin yolun kənarında baş verdiyi bildirilir.
Məlumata əsasən, mikroavtobusun sürücüsü avtomobili saxladıqdan sonra digər mikroavtobus sürücüsü ilə söhbət etdiyi zaman arxadan gələn minik avtomobili mikroavtobusa çırpılıb.
Qəza nəticəsində sürücülərdən biri iki avtomobilin arasında qalaraq həyatını itirib. Dünyasını dəyişən şəxsin 68 yaşlı Qardabani sakini olduğu bildirilir.
Hadisə zamanı bir neçə şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib.
Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.
Bizi WhatsApp – da izləyin.