Rəvan Əfəndiyevin 40 mərasimi keçirilib – VİDEO

Bu gün Marneuli bələdiyyəsinin Kəpənəkçi kəndində doğulub boya-başa çatmış, bədbəxt hadisə nəticəsində avqustun 8-də Tbilisi dənizində boğularaq dünyasını dəyişən Rəvan Vüsal oğlu Əfəndiyevin 40 mərasimi keçirilib. Mərasimdə ailənin yaxınları, Rəvanın müəllimləri, sinif yoldaşları, dostları, eləcə də kənd sakinləri iştirak ediblər. Yaşasaydı bu gün həmyaşıdları ilə birlikdə 10-cu sinifə getməli olan Rəvanın 40 mərasiminin yeni tədris ilinin başladığı günlərə təsadüf etməsi onun sinif yoldaşlarının kədərini daha da artırıb. Belə ki, Rəvanın doğma Kəpənəkçi ictimai məktəbində sinif otağındakı partasında bu gün onun özü yox, ondan xatirə qalan şəkili durur.

Biz də RealNews kollektivi olaraq Rəvanın babası Həmid Kamandaroğluna, nənəsi Minayə Ziyadqızına, eləcə də bütün ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə baş sağlığı veririk! Allah rəhmət eləsin!
Bizi WhatsApp – da izləyin.